Təhdidlərin Kəşfiyyatı Xarici Hücum Səthinin İdarəetmə həlli

Dövlət Vergi Xidməti üçün tam inteqrasiya olunmuş kibertəhlükəsizlik ekosistemi qurulmuşdur. Layihə, təhdidlərin kəşfiyyatı, xarici hücum səthinin idarəetmə həlli, zəifliklərin idarəetmə sistemi, Məlumat Sızmasının Qarşısının Alınması (MİQA), İT aktivlərin izləmə və idarəetmə, imtiyazlı girişlərin idarəedilməsi və SIEM həlli kimi çoxsaylı komponentləri əhatə edir.
Hazırlanan platforma real vaxt rejimində təhdidlərin aşkarlanmasını, zəifliklərin idarə olunmasını, məlumatların sızmasının qarşısının alınmasını və kiberhücum risklərinin minimuma endirilməsini təmin edir. Süni intellekt və qabaqcıl analitik alqoritmlər əsasında qurulmuş bu həll, Dövlət Vergi Xidmətinin məlumat təhlükəsizliyini gücləndirib, əməliyyat səmərəliliyini və beynəlxalq standartlara uyğunluğu əhəmiyyətli dərəcədə artırmışdır.

İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI ÜZRƏ

Professional həllər üçün bizi seçin!

Əlaqə