İKT infrastrukturu və Elektron Kənd Təsərrüfatı proqram təminatı

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi üçün yeni inzibati binada müasir İKT infrastrukturu yaradılmışdır. Layihə çərçivəsində optik lif daşıyıcıları üzərində yüksək sürətli şəbəkə qurularaq məlumat mübadiləsinin etibarlılığı və fasiləsizliyi təmin edilmişdir. Bununla yanaşı, Elektron Kənd Təsərrüfatı proqram təminatı hazırlanaraq fermerlər, dövlət qurumları və digər maraqlı tərəflər üçün məlumatların mərkəzləşdirilmiş idarə olunmasına şərait yaradılmışdır. Hazırlanan həllər sayəsində kənd təsərrüfatı sahəsində rəqəmsal transformasiya sürətləndirilib, məlumatların emalı və idarə olunması daha səmərəli və şəffaf şəkildə təşkil edilmişdir.

İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI ÜZRƏ

Professional həllər üçün bizi seçin!

Əlaqə