Dövlət Vergi Xidməti üçün müasir hiperkonvergent server infrastrukturu qurulmuşdur. Layihənin əsas məqsədi yüksək yüklənmələr zamanı dayanıqlı fəaliyyətin təmin edilməsi, məlumatların sürətli emalı və biznes-proseslərin fasiləsiz işləməsinə şərait yaratmaq idi. Həll çərçivəsində hesablama, saxlama və şəbəkə resursları vahid platformada birləşdirilərək idarəetmənin sadələşdirilməsi və sistem performansının artırılması təmin olundu. Layihədə istifadə olunan qabaqcıl texnologiyalar Dövlət Vergi Xidmətinə böyük həcmli məlumatların daha effektiv idarə edilməsini, analitik hesabatların sürətli hazırlanmasını və xidmətlərin fasiləsizliyini təmin etdi.
İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI ÜZRƏ