Gələcək burada!

Oğuz-Qəbələ-Bakı su kəməri

Bakı-Oğuz-Qəbələ su kəməri sisteminin əsas borusunun tam avtomatlaşdırılması həyata keçirilmişdir. Su sərfiyyatını ölçən səviyyəölçənlər və həmçinin təzyiq və temperatur ötürücüləri sistemi quraşdırılmışdır. Su kəmərinin 31-ci və 153-cü km-də iki lokal nöqtənin tam avtomatlaşdırılması həyata keçirilmişdir.

Borulara zədələnmiş sahəni 250 metr aralığında dəqiqliklə lokallaşdırmağa imkan verən su itkisinin müəyyən edilməsi sistemi quraşdırılmışdır. Su kəmərinin bütün uzunluğu boyunca optik-lifli kabel sistemi çəkilmişdir. Su kəməri sisteminin mərkəzləşdirilmiş qaydada idarə edilməsi üçün xüsusi otaq inşa edilmiş və zəruri avadanlıqla təchiz edilmişdir.

Proqram təminatı sisteminin hazırlanması prosesində SKADA proqram üzlüyü sistemi hazırlanmış və onun fəaliyyət göstərməsi üçün avadanlıq quraşdırlmışdır. Oğuz-Şəki rayonunda artezian quyularının tam avtomatlaşdırılması həyata keçirilmişdir.

İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI ÜZRƏ

Professional həllər üçün bizi seçin!

ƏLAQƏ