Dövlət Vergi Xidməti üçün yüksək etibarlılığa malik Fəlakətədavamlı Rezerv Mərkəzi (Disaster Recovery) qurulmuşdur. Layihənin əsas məqsədi vergi məlumatlarının fasiləsiz qorunması, məlumat itkisinin qarşısının alınması və fövqəladə hallar zamanı xidmətlərin davamlılığını təmin etməkdir. Eyni zamanda, statistik məlumatların monitorinqi və toplanması üzrə mərkəzləşdirilmiş sistem hazırlanaraq vahid məlumat bazasının yaradılması təmin edilmişdir. Layihə çərçivəsində ölkə üzrə bütün mərkəzi terminallara fiber-optik kabellərin çəkilişi həyata keçirilmiş, bu da məlumat ötürülməsinin sürətini və təhlükəsizliyini əhəmiyyətli dərəcədə artırmışdır. Nəticədə Dövlət Vergi Xidməti üçün dayanıqlı, müasir və yüksək performanslı infrastruktur formalaşdırılmışdır.
İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI ÜZRƏ