CASPEL – 20 illik təcrübə ilə rəqəmsal transformasiyanın aparıcı tərəfdaşı!

2005-ci ildən fəaliyyətə başlamış Caspel şirkəti 20 illik təcrübəyə malik beynəlxalq İKT inteqratorudur. Şirkət “açar təslim” üsulu ilə İT infrastrukturun layihələndirilməsi, hazırlanması və quraşdırılması sahəsində kompleks həllər təklif edir. Caspel-in fəaliyyət istiqamətləri çərçivəsində həmçinin, biznes və sənaye proseslərinin avtomatlaşdırılması üçün proqram təminatlarının yaradılması kimi xidmətlər mövcuddur.

Yüksək ixtisaslı peşəkar komanda və qabaqcıl texnoloji həllər sayəsində Caspel innovativ İT infrastrukturun təşkil edilməsi ilə müştərilərinə etibarlı və effektiv xidmətlər təqdim edir.

Şirkətin təcrübəsi geniş spektri əhatə edir – böyükmiqyaslı dövlət layihələrindən tutmuş mürəkkəb korporativ həllərə qədər, bu da müştərilərə biznes proseslərini optimallaşdırmağa və rəqabət qabiliyyətini artırmağa imkan yaradır.

Eyni zamanda Caspel geniş texniki və kadr potensialı sayəsində öz həllərini və xidmətlərini beynəlxalq səviyyədə də təqdim edir. 

İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI ÜZRƏ

Professional həllər üçün bizi seçin!

Əlaqə