Gələcək burada!

16.12.2023
Xəbərlər

MilliNet 2023 qaliblərinin təqdimat mərasimi keçirilib

15 dekabr 2023-cü il tarixində Holiday İnn Otelində Milli İnternet Mükafatı - MilliNet 2023  qaliblərinin yekun təqdimat mərasimi keçirilib. Tədbirdə  MilliNet Təşkilat Komitəsi adından Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz çıxış edərək 15 il ərzində MilliNet-in keçdiyi yol haqqında, cari ildə keçirilən  Müsabiqə çərçivəsində görülmüş işlər haqqında məlumat verib. Osman Gündüz Müsabiqəyə rəsmi dəstək verən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə, sponsorlara və tərəfdaşalara, MilliNet münsiflərinə minnətdarlığını bildirib.

Təqdimat mərasimində  sponsorlar adından çıxış edən CASPEL şirkətinin İdarə Heyətinin Sədri Ceyhun Quliyev  MilliNet müsabiqəsinin ölkədə İnternetin,  bütövlükdə İKT sahəsinin inkişafında mühüm rol oynadığını qeyd edib. O, təmsil etdiyi şirkətin ölkədə İKT və İnternetin inkişafında maraqlı olduğunu diqqətə çatdırararaq CASPEL  şirkətinin gələcəkdə də texnologiyaların və İnternetin inkişafı istiqamətində atılan addımlara dəstək verəcəklərini bildirib. Sonra qaliblərə, 2-ci və 3-cü yer tutanlara Milli İnternet Mükafatları, diplomların və hədiyyələrin  təqdim edilməsinə start verilib.

 

İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI ÜZRƏ

Professional həllər üçün bizi seçin!

ƏLAQƏ