Gələcək burada!

06.06.2024
Xəbərlər

Caspel MMC ölkənin III Milli Kibertəhlükəsizlik Forumunda!

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təşkilatçılığı ilə "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş “III Milli Kibertəhlükəsizlik Forumu” baş tutub.

Caspel şirkətinin “Qızıl sponsor” olduğu Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təşkilatçılığı ilə 01.05.2024-cü il tarixində keçirilmiş forumun əsas məqsədi kibertəhlükəsizlik ekosisteminin inkişafına töhfə verən qurum, təşkilat və şirkətlərin, eləcə də tərəfdaş ölkələrin nümayəndələri və ekspertləri ilə birgə müzakirələrin həyata keçirilməsidir. 350 nəfərdən çox mütəxəssisin iştirak etdiyi Forum çərçivəsində kibertəhlükəsizlik sahəsi üzrə müvafiq yerli və xarici qurum, təşkilat və şirkətlərin rəhbər vəzifəli şəxslərinin, eləcə də mütəxəssislərin çıxışları dinlənilib.

Habelə, “Azərbaycan Respublikasının kibertəhlükəsizlik ekosistemi”, “Kritik informasiya infrastrukturunun təhlükəsizliyinə dair Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin təcrübəsi”, “Kibertəhlükəsizlik sahəsində beynəlxalq əməkdaşlıq”, “Kibertəhlükəsizlik üzrə təhsil və insan resursları” və “Kiberdiaspora” adlı panellərdə müzakirələr baş tutub. Forumda AKTA-nın “Qızıl sponsoru” kimi Caspel şirkəti də özünün stendi ilə iştirak edib. Stenddə şirkətin kibertəhlükəsizlik sahəsində geniş spektr xidmətlərini əks etdirən video çarx nümayiş etdirilib, iştirakçılara məlumat xarakterli kağız daşıcıyılar təqdim edilib.

Həmçinin, qonaqlara Caspel MMC adına promo məhsullar da hədiyyə olaraq verilmişdir. Bundan əlavə təşkilatçılar tərəfindən Caspel MMC tədbirə verdiyi töhvələrə görə, eləcə də tədbirdə “Qızıl sponsor” olduğuna görə təşəkkürnamə ilə təltif edilib.

 

İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI ÜZRƏ

Professional həllər üçün bizi seçin!

ƏLAQƏ