Gələcək burada!

04.10.2023
Xəbərlər

"Caspel" 74-cü Beynəlxalq Astronavtika Konqresində...

"Caspel" 74-cü Beynəlxalq Astronavtika Konqresində...

Oktyabrın 2-də Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində təşkil olunan sərgidə 36 ölkədən 150 şirkət təmsil olunmaqdadır ki, onlardan biri də "Caspel" şirkətidir.

Bu tədbir ölkəmizdə keçirilən sayca ikinci konqresdir. Azərbaycanda kosmik sənayenin inkişafının təməlini fəxarət hissi ilə məhz Ulu Öndər Heydər Əliyev qoyub. Belə ki, ölkəmizdə ilk dəfə 1973-cü ildə Beynəlxalq Astronavtika Konqresi həyata keçirlmişdi.

10 il əvvəl Azərbaycan Fransa Qvianasındakı (Cənubi Amerika) Kuru kosmodromundan ilk telekommunikasiya peykini - “Azərspace-1”i uğurla fəzaya buraxdıqdan sonra dünya kosmik klubunun üzvü olmuşdu. Hazırda orbitdə müxtəlif məqsədləri yerinə yetirən üç Azərbaycan peyki mövcuddur: “Azərspace-1” (2013), “Azərsky” (2014) və “Azərspace-2” (2018).

Fəxr hissi ilə qeyd etməliyik ki, ölkəmizdə keçirilən Beynəlxalq Astronavtika Konqresinin İKT çərçivəsində texniki işləri (strukturlaşdırılmış kabel şəbəkəsinin, İT infrastrukturunun qurulması, simsiz şəbəkənin təchizatı, həmçinin, qeyd edilən sistemlərin inteqrasiyası və s.)  "Caspel" şirkəti tərəfindən həyata keçirilmişdir.

“SpaceX” şirkətinin təsisçisi İlon Maskın konqresin 4-cü günü üçün nəzrədə tutulan çıxışı da böyük maraqla gözlənilirdi. Nəhayət baş tutan onlayn çıxışında o, kosmik sahədə yeniliklərdən, dünyanın müxtəlif ölkələrində bu sahəyə olan maraqdan, həmçinin investisiya və aparılan elmi araşdırmaların gələcək üçün töhfələri barədə danışdı.

Yüksək etimad üçün şirkətimiz adından Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə dərin təşəkkürümüzü bildiririk.

 

İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI ÜZRƏ

Professional həllər üçün bizi seçin!

ƏLAQƏ