CMT (Cash Management System) – şirkət daxilində nağd və nağdsız vəsait axınının, kassa əməliyyatlarının və maliyyə nizam-intizamının səmərəli şəkildə idarə olunmasını təmin edən sistemdir. Bu platforma kassa hərəkətlərini qeydiyyata almaq, gündəlik balansı izləmək və vəsait axınlarını şəffaf şəkildə izləmək imkanı yaradır.
CMT sistemi vasitəsilə kassa əməliyyatlarında insan faktorundan yaranan xətalar azaldılır, nəzarət gücləndirilir və hesabatlılıq artırılır.
Əsas funksiyaları:
- Kassa daxilolmaları və çıxışlarının qeydiyyatı
- Gündəlik və aylıq kassaların bağlanması və hesabatı
- Nağd və nağdsız əməliyyatların ayrılıqda uçotu
- Valyuta üzrə əməliyyatların idarə olunması
- Məxaric sənədlərinin avtomatlaşdırılması
- Maliyyə nəzarəti və auditi üçün hesabatların yaradılması
Əsas modullar:
Kassa əməliyyatlarının idarə olunması
- Nağd və nağdsız pul vəsaitlərinin daxilolma və çıxış əməliyyatlarının sistemdə qeydiyyatı
- Gündəlik kassa kitabçasının avtomatik formalaşdırılması
Kassa balansı və bağlanma
- Gün sonu və ay sonu kassa bağlanması funksiyası
- Balansda fərqlərin avtomatik aşkarlanması və bildiriş sistemi
Valyuta əməliyyatları
- Müxtəlif valyutalarda aparılan əməliyyatların idarə olunması
- Valyuta məzənnələrinin avtomatik və ya əl ilə daxil edilməsi
Məxaric sənədlərinin tərtibi
- Pul çıxışı üzrə sənədlərin sistemdə avtomatik yaradılması və təsdiqə göndərilməsi
- Əməliyyatın təyinatı və icazə səviyyələrinə əsaslanan nəzarət
İstifadəçi və icazə modulu
- Kassalara məsul şəxslərin və istifadəçilərin təyini
- Hüquq və icazə çərçivəsində əməliyyatların məhdudlaşdırılması
Hesabatlar və audit analitikası
- Gündəlik dövriyyə, pul qalığı, əməliyyatlar üzrə hesabatların yaradılması
- Audit yoxlamaları və daxili nəzarət üçün detallı məlumat çıxarışları