Əsas məlumat
Ödənişlərin İdarəetmə Sistemi

BMS (Billing Management System) – şirkət daxilində ödənişlərin, hesab-fakturaların və maliyyə axınının idarə olunması üçün nəzərdə tutulmuş sistemdir. Bu platforma xidmət və məhsul üzrə hesabların yaradılması, avtomatik ödəniş cədvəllərinin qurulması, müştəri borclarının və ödəniş tarixçəsinin izlənməsi imkanlarını təqdim edir.

Ödənişlərin mərkəzləşdirilmiş idarə olunması şirkətə həm maliyyə intizamını qorumağa, həm də müştərilərlə olan hesablaşmaları operativ şəkildə aparmağa şərait yaradır.

Əsas funksiyaları:

  • Avtomatik və ya əl ilə hesab-faktura yaradılması
  • Müştəri ödənişlərinin qeydiyyatı və izlənməsi
  • Gecikmiş borclar və ödəniş xatırlatmaları
  • Ödəniş cədvəllərinin qurulması
  • Onlayn ödəniş sistemləri ilə inteqrasiya
  • Hesabatların hazırlanması və maliyyə analizləri

Əsas modullar:

Hesab-faktura və tələbnamə idarəetməsi

  • Xidmət və məhsul satışına uyğun hesab-fakturaların yaradılması
  • Avtomatik təkrarlanan (periodik) hesabların qurulması

Müştəri ödənişləri və borc nəzarəti

  • Qismən və tam ödənişlərin sistemdə qeydiyyatı
  • Müştəri borclarının və balansların real vaxtda izlənməsi

Avtomatik ödəniş cədvəlləri

  • Müştərilərlə razılaşdırılmış ödəniş qrafiklərinin sistemə daxil edilməsi
  • Cədvəl üzrə ödənişlərin avtomatik izlənməsi və statusların yenilənməsi

Bildirişlər və gecikmə xatırlatmaları

  • Müştərilərə SMS, e-poçt və ya sistem daxili bildirişlərlə borc xatırlatmaları göndərilməsi
  • Gecikmələrə görə xəbərdarlıqların və tədbir planlarının avtomatlaşdırılması

Onlayn ödəniş inteqrasiyaları

  • Bank, POS-terminal və ödəniş platformaları ilə sinxronlaşdırma
  • Ödənişlərin avtomatik tanınması və sistemə düşməsi

Hesabat və maliyyə analitikası

  • Gündəlik, aylıq və illik ödəniş axınları üzrə hesabatlar
  • Müştəri üzrə gəlir, borc səviyyəsi və ödəmə meyllərinin təhlili
Şəkillər

İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI ÜZRƏ

Professional həllər üçün bizi seçin!

Əlaqə