16.10.2026

Layihələrin icrasına nəzarət şöbəsinin aparıcı mütəxəssisi

Vəzifə öhdəlikləri

  • İT layihələrinin planlaşdırılmasını həyata keçirmək, icra mərhələlərini, müddətləri, büdcəni, resursları və məsul şəxsləri müəyyən etmək.
  • Layihələrin təsdiq edilmiş planlara, büdcəyə və razılaşdırılmış iş həcminə uyğun icrasını təmin etmək.
  • Texniki, Satış, Təchizat, Maliyyə və digər struktur bölmələr arasında koordinasiyanı təşkil etmək, qarşılıqlı öhdəliklərin və tapşırıqların icrasını izləmək.
  • Layihələrin statusu, icra müddətləri, resurslardan istifadə, büdcə və yaranmış problemlərlə bağlı məlumatları mütəmadi toplamaq, yoxlamaq və yeniləmək.
  • Gündəlik, həftəlik və aylıq hesabatlar hazırlamaq, onları müəyyən edilmiş müddətlərdə COO-ya təqdim etmək və layihələrin cari vəziyyəti barədə rəhbərliyi operativ məlumatlandırmaq.
  • Layihələr üzrə gecikmələri, riskləri və planlaşdırılmış göstəricilərdən kənarlaşmaları vaxtında müəyyən etmək, onların səbəblərini təhlil etmək, həll tədbirləri hazırlamaq və zəruri hallarda məsələləri rəhbərliyin diqqətinə çatdırmaq.
  • Struktur bölmələrdən tələb olunan məlumat və hesabatların vaxtında alınmasını təmin etmək, tapşırıqların icra vəziyyətini izləmək və gecikmələrin aradan qaldırılmasına nəzarət etmək.
  • Layihələrin iş həcminə, müddətinə, büdcəsinə və resurslarına təsir edən dəyişiklikləri qiymətləndirmək, onların razılaşdırılmasını və müvafiq qaydada sənədləşdirilməsini təmin etmək.
  • Layihələr üzrə qəbul edilmiş qərarları, verilmiş tapşırıqları, məsul şəxsləri və icra müddətlərini qeydiyyata almaq, icra intizamını izləmək və nəticələr barədə rəhbərliyə məlumat vermək.
  • ERP sistemində layihə məlumatlarının aktuallığını və düzgünlüyünü təmin etmək, vahid layihə reyestrini aparmaq və hesabatlılıq sisteminin təkmilləşdirilməsində iştirak etmək.
  • Layihələrin yekun nəticələrini, təhvil-təslim prosesini və müqavilə öhdəliklərinin yerinə yetirilməsini izləmək, tamamlanmış layihələr üzrə yekun hesabatlar hazırlamaq.

Əsas tələblər

  • İT, mühəndislik, biznesin idarə edilməsi və ya əlaqəli sahələr üzrə ali təhsil.
  • İT layihələrinin idarə edilməsi sahəsində minimum 5 il iş təcrübəsi.
  • PMP, PRINCE2 və ya CAPM beynəlxalq sertifikatlarından birinə sahib olmaq.
  • Layihələrin planlaşdırılması, risklərin idarə edilməsi, büdcə və resurslara nəzarət, hesabatlılıq və dəyişikliklərin idarə edilməsi üzrə biliklər.
  • Sistem inteqrasiyası, şəbəkə infrastrukturu, serverlər, proqram təminatı və İT avadanlıqlarının təchizatı ilə bağlı layihələr üzrə təcrübəyə üstünlük verilir.
  • MS Project, Jira və ya analoji layihə idarəetmə alətləri, həmçinin MS Excel ilə işləmək bacarığı.
  • Layihə büdcəsinin və maya dəyərinin hesablanması, habelə plan-fakt göstəricilərinin təhlili üzrə biliklər.
  • Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı, ingilis dilində texniki sənədlərlə işləmək qabiliyyəti.
  • Analitik düşünmə, yüksək təşkilatçılıq, məsuliyyətlilik, güclü kommunikasiya və koordinasiya bacarıqları.
  • Məlumatları vaxtında təqdim etmək, hesabatları dəqiq hazırlamaq, problemləri vaxtında müəyyənləşdirmək və zəruri hallarda rəhbərliyi operativ məlumatlandırmaq bacarığı.

Beynəlxalq layihə idarəetmə sertifikatları haqqında

  • PMP (Project Management Professional) — PMI təşkilatı tərəfindən təqdim edilən və layihələrin idarə edilməsi sahəsində təcrübəli mütəxəssislər üçün nəzərdə tutulan beynəlxalq sertifikatdır. Layihələrin planlaşdırılması, büdcənin idarə edilməsi, risklərin qiymətləndirilməsi, resursların idarə olunması və layihə nəticələrinin əldə edilməsini əhatə edir.
  • PRINCE2 — layihələrin mərhələli və strukturlaşdırılmış metodologiya əsasında idarə edilməsinə yönəlmiş yanaşmadır. Layihə proseslərinə, rollara və nəzarət mexanizmlərinə fokuslanır.
  • CAPM (Certified Associate in Project Management) — PMI tərəfindən təqdim edilən və layihə idarəetməsi üzrə fundamental bilikləri təsdiqləyən beynəlxalq sertifikatdır.

Şəxsi keyfiyyətlər

  • Analitik düşünmə və problemləri həll etmə bacarığı.
  • Yüksək məsuliyyət hissi və işə sistemli yanaşma.
  • Planlaşdırma və vaxtın idarə edilməsi bacarığı.
  • Komandada işləmək və müxtəlif struktur bölmələri ilə effektiv əməkdaşlıq etmək qabiliyyəti.
  • Təşəbbüskarlıq, operativlik və müstəqil qərarvermə bacarığı.
  • Dəqiqlik, diqqətlilik və hesabatlılıq.

Əlavə məlumat

  • Əməkhaqqı: Müsahibə əsasında müəyyən ediləcək. 
  • İş qrafiki: 5 günlük iş həftəsi. 

 

İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI ÜZRƏ

Professional həllər üçün bizi seçin!

Əlaqə