20.11.2025

Təhlükəsizlik Əməliyyatları Mərkəzinin (SOC) rəhbəri

Tələblər

  • Azərbaycan Respublikası vətəndaşlığı;
  • Dil bilikləri: Azərbaycan dili – sərbəst; İngilis dili – upper-intermediate; Rus dili – üstünlük kimi qəbul edilir;
  • İnformasiya texnologiyaları və ya müvafiq sahə üzrə ali təhsil;
  • SOC mühitində və ya təhlükəsizlik komandasının idarə olunmasında ən azı 2–3 il rəhbərlik təcrübəsi; 
  • Kibertəhlükəsizlik sahəsində ümumilikdə 5+ il iş təcrübəsi;
  • SIEM, SOAR, EDR və digər SOC alətləri ilə praktiki iş bacarıqları;
  • Şəbəkə protokolları, firewall idarəetməsi, IDS/IPS, təhlükə analizi və insident araşdırılması üzrə güclü texniki biliklər;
  • NIST, ISO 27001, MITRE ATT&CK kimi təhlükəsizlik çərçivələri ilə işləmə təcrübəsi;
  • Güclü liderlik, komanda idarəetməsi və qərarvermə bacarıqları;
  • Risklərin idarə edilməsi, analitik düşüncə və problem həll etmə bacarığı;
  • Təzyiq altında işləmək, kritik insidentlərə operativ və düzgün reaksiya vermək bacarığı;
  • Texniki məsələləri qeyri-texniki əməkdaşlara aydın şəkildə izah etmək üçün yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarıqları;

Vəzifə öhdəlikləri

  • SOC-un gündəlik fəaliyyətinə rəhbərlik etmək, təhlükələrin vaxtında aşkarlanması, monitorinqi və cavablandırılmasını təmin etmək;
  • SOC əməkdaşlarının iş qrafikini səmərəli təşkil etmək, 24/7 fasiləsiz xidmətin davamlılığını təmin etmək;
  • Təşkilatın təhlükəsizlik strategiyasına uyğun SOC siyasətləri, prosedurları və əməliyyat çərçivəsini hazırlamaq, təkmilləşdirmək və tətbiqinə nəzarət etmək;
  • Təhlükəsizlik insidentlərinin idarə olunmasına rəhbərlik etmək: ilkin qiymətləndirmə, təhqiqat, köklü səbəb analizi, düzəlişedici tədbirlər və insidentdən sonrakı hesabatların hazırlanması;
  • İnsidentlərə Cavab Planları (IRP) və taktiki cavab mexanizmlərini formalaşdırmaq və optimallaşdırmaq;
  • İT, biznes bölmələri və digər aidiyyəti tərəflərlə koordinasiyanı təmin edərək insidentlərin təsirini minimuma endirmək;
  • Mövcud və yeni yaranan kibertəhlükələr haqqında kəşfiyyat məlumatlarını toplamaq, təhlilinə nəzarət etmək və tədbirlərin planlaşdırılmasını təmin etmək;
  • Təhlükələrin aşkarlanması platformalarının, monitorinq və SIEM/SOAR/EDR kimi alətlərin inteqrasiyası və fasiləsiz işini təmin etmək;
  • SOC komandası üçün məşqlərin, simulyasiyaların və zəifliklərin qiymətləndirilməsi proseslərinin mütəmadi həyata keçirilməsini təşkil etmək;
  • Yeni təhlükəsizlik alətləri və texnologiyalarını qiymətləndirmək, effektivlik və uyğunluq baxımından rəhbərliyə tövsiyələr vermək;
  • · Müvafiq standartlara və normativ tələblərə (PCI-DSS, ISO 27001, GDPR və s.) uyğunluğun təmin edilməsinə nəzarət etmək, auditlərdə iştirak və dəstək göstərmək;
  • Üst rəhbərlik üçün SOC performans göstəriciləri, əsas metriklər və analitik hesabatlar hazırlamaq;
  • SOC fəaliyyətləri, insidentlər və araşdırmalar üzrə tələb olunan sənədləşməni aparmaq və audit üçün düzgün arxivləşdirməni təmin etmək;
  • Komandanın peşəkar inkişafını təşviq etmək, bilik mübadiləsini və güclü komanda mədəniyyətini formalaşdırmaq;
  • SOC-un strateji yol xəritəsini hazırlamaq və həyata keçirmək üçün rəhbərliklə sıx çalışmaq;
  • SOC proseslərindəki boşluqları müəyyənləşdirmək, optimallaşdırma və avtomatizasiya üzrə təkliflər vermək;
  • Xarici tərəfdaşlar, təhlükəsizlik provayderləri, dövlət qurumları və digər maraqlı tərəflərlə əməkdaşlıq etmək.

Şəxsi keyfiyyətlər:

  • Cavabdehlik bacarığı;
  • Səbrli;
  • Məqsədyönlülük;
  • Loyallıq və punktual olmalı;
  • Yeni bilikləri sürətlə mənimsəmək və tətbiq etmək bacarığı;
  • Beynəlxalq mühitdə tərəfdaşlarla işləmək üçün açıqlıq və çeviklik;
  • Özünü inkişaf etdirməyə motivasiya.

Əlavə məlumatlar:

  • Əmək haqqı: Razılaşma yolu ilə;
  • İş qrafiki: 5 günlük iş qrafiki.

Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində Təhlükəsizlik Əməliyyatları Mərkəzinin (SOC) rəhbəri” sözünü qeyd edərəhr@caspel.com e-ünvanına göndərsinlər.

 

İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI ÜZRƏ

Professional həllər üçün bizi seçin!

Əlaqə