Gələcək burada!

29.07.2024
İş elanları

Satış üzrə aparıcı mütəxəssis

Vəzifəyə aid qoyulan tələblər:

Təhsil:Ali;
Təcrübə: 3 illik iş təcrübəsi;
Satış səviyyəli İKT biliklərin olması;
Yaş: 30+ ;
MS Office proqramlarını mükəmməl bilməli və PowerPoint proqramı vasitəsilə təqdimat hazırlamaq bacarığının olması;
Azərbaycan və rus dilləri səlis, ingilis dili yaxşı;
İKT sahəsində istehsalçılar tərəfindən verilən sertifikatlara üstünlük verilir.

Öhdəliklər:

Şirkətin təqdim etdiyi məhsul və xidmətlərin və fəaliyyət sahələri üzrə ümumi biliklər;
Fikirləri dəqiq izah etmək, müştərini diqqətlə dinləmək və qarşı tərəfin personal tələbatlarını müəyyən etmək;
Təqdimatlar və digər reklam xarakterli məhsulların hazırlanmasında istifadə olunan proqram təminatı sahəsində baza biliklərə malik olmaq;
Məhsul və xidmətlərin vaxtında və keyfiyyətlə təqdim edilməsi üçün şirkətin digər struktur bölmələri ilə işi ələqələndirmək;
Potensial satış ola biləcək məntəqələrə ziyarət, ehtiyacların analizi;
Sorğu və sifarişlərin dəqiq analiz olunması və digər əlaqəli struktur bölmələrə ötürülməsi;
Əldə olunan texniki məlumatlar əsasında qiymət təklifinin vaxtında hazırlanması;
Qiymət təklifinin müştəriyə göndərilməsindən sonra işin təqib edilməsi;
Təklif əsasında müqavilənin hazırlanması və imzalatdırılması;
Satış və digər statistik məlumatların uçotunu aparmaq;
Fəaliyyəti ilə baxlı hesabatları hazırlamaq, müvafiq işin nəticələrini əks etdirən hesabat və digər analitik materialları hazırlamaq;
Yeni müştəriləri cəlb etmək, müştəri bazasının genişləndirilməsi üçün çalışmaq;
Məhsulları planlaşdırmaq;
Müştərilərin alış və ödəmə qabiliyyətlərini təhlil etmək;
Cəmiyyətin siyasətinə, korporaiv geyim və daxili nizam-intizam qaydalarına riayət etmək.

Şəxsi keyfiyyətlər:

Diqqətli; Məsuliyyətlilik və stressə davamlılıq;
Məqsədyönlülük; Loyallıq və punktual olmalı;
Nəzakətli danışıq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq;
Tapşırıqları operativ icra etmə qabiliyyəti.

Əlavə məlumatlar:

Əmək haqqı: Razılaşma yolu ilə;
İş qrafiki: 5 günlük iş qrafiki, 09:00 – 18:00
Korporativ nömrə və danışıq balansı
AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə

Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Satış üzrə aparıcı mütəxəssis” sözünü qeyd edərək hr@caspel.com e-ünvanına göndərsinlər.

 

İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI ÜZRƏ

Professional həllər üçün bizi seçin!

ƏLAQƏ