Gələcək burada!

04.07.2024
İş elanları

İR üzrə mütəxəssis

Vəzifəyə aid qoyulan tələblər:

· Təhsil: Ali təhsil;
· Təcrübə: 3 illik iş təcrübəsi;
· Yaş: 25 – 30 (bəy namizəd)
·Dil bilikləri: Rus dili mütləqdir (mükəmməl səviyyədə);
· ERP və Microsoft Office (Excel yaxşı səviyyədə) proqramlarını bilməli;
· Xarici ölkələrə ezamiyyələrə açıq olmalı;

Vəzifə öhdəlikləri:

· İşçilərin şəxsi işlərini hazırlayır və formalaşdırır, onlarda əmək fəaliyyəti ilə bağlı olan dəyişiklikləri qeyd edir
· Əmək qanunvericiliyinə, əsasnamə, təlimat və müəssisə rəhbərlərinin əmrlərinə müvafiq olaraq işçilərin işə qəbul edilməsi, vəzifə dəyişikliyi, ezamiyyət, məzuniyyət və işdən azad olunmalarını rəsmiləşdirir; · Əmək müqavilələrini doldurur və tərəflərin arasında imzalanmasına nəzarət edir;
· İş stajının hesabını aparır, işçilərin hazırkı və keçmiş fəaliyyəti haqqında arayış verir;
· İş vaxtının istifadəsi cədvəlinin hazırlayır və gündəlik qeydləri aparır;
· İşçilər tərəfindən təqdim olunmuş “Əmək qabiliyyəti olmamaq vərəqəsi”ni qəbul edir, yoxlayır, insan resurslarına aid olan bölməni doldurur;
· İşçilərə məzuniyyətlərin verilməsinin qeydiyyatını aparır, növbəti il üçün məzuniyyət qrafikinin tərtib olunmasında iştirak edir;
· Əmrlərin, sərəncamların, eləcə də icrası nəzarət tələb edən tapşırıqların uçotunu aparır;
· Əmək üzrə perspektiv və illik planların işlənib hazırlanmasında iştirak edir;
· İşçilərin gündəlik davamiyyətlərinə nəzarət edir və müdirə hesabat verir;

Şəxsi keyfiyyətlər:

· Nitqi aydın və səlis olmalı;
· Fikrini düzgün şəkildə izah edə bilmək qabiliyyəti olmalı;
· Məsuliyyətli və səbrli olmalı;

Əlavə məlumatlar:

· Korporativ nömrə və danışıq balansı;
· Könüllü tibbi sığorta;
· AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə;
· Əmək haqqı: İşçinin bilik və bacarığına əsasən təyin olunacaq;
· İş qrafiki: 5 günlük iş qrafiki.

Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “İR üzrə mütəxəssis” sözünü qeyd edərək hr@caspel.com e-ünvanına göndərsinlər.

 

İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI ÜZRƏ

Professional həllər üçün bizi seçin!

ƏLAQƏ