Tələblər
- Marketinq, biznes və ya əlaqəli sahə üzrə ali
təhsil
- Minimum 1 il iş təcrübəsi (IT və ya xidmət
sektorunda üstünlükdür)
- Yaradıcı yanaşma, analitik düşüncə və
nəticəyönümlülük
- Dizayn proqramları ilə işləmə bacarığı (Canva,
Photoshop və s.)
Öhdəliklər:
- Bazar və rəqib araşdırmalarının aparılması, qiymət
siyasətinin izlənməsi və nəticələrin hesabat şəklində təqdim olunması
- Şirkətin sosial media hesablarının (xüsusilə
Instagram) idarə olunması: post dizaynlarının hazırlanması, paylaşımların
planlanması, rəylərin və sorğuların cavablandırılması
- Müştəri zənglərinə və sosial şəbəkə üzərindən
müraciətlərə operativ cavab verilməsi
- CRM cədvəlinin işlənilməsi və müştəri
məmnuniyyətinə diqqət göstərilməsi
- Şirkətin vebsaytında məhsulların yerləşdirilməsi,
mövcud kontentin mütəmadi yenilənməsi
- Tədbirlər, sərgilər və promo aksiyaların təşkili,
tərəfdaş və podratçılarla koordinasiya
- Broşür, kataloq, flayer, billboard və digər çap
materiallarının sifarişi, dizayn və istehsal proseslərinə nəzarət
- Marketinq materiallarının hazırlanması və vaxtında
çatdırılmasına nəzarət
- Təqdimatlar və prezentasiyaların hazırlanması,
dizayn olunması və rəhbərliyə təqdim edilməsi
- Marketinq şöbəsinin fəaliyyəti çərçivəsində qarşıya çıxan digər gündəlik məsələlərin operativ həllini həyata keçirir.
- Satış və digər əlaqədar şöbələrlə koordinasiyanın
təmin olunması
Şəxsi
keyfiyyətlər:
- Diqqətli;
- Məsuliyyətlilik;
- Məqsədyönlülük;
- Loyallıq və punktual olmalı;
- Nəzakətli danışıq, intizamlı və işinə qarşı məsuliyyətli
olmaq;
- Tapşırıqları operativ icra etmə qabiliyyəti;
Əlavə məlumatlar:
- Əmək haqqı: Razılaşma yolu ilə;
- İş qrafiki: 5 günlük iş qrafiki, 09:00 – 18:00
- Korporativ nömrə və danışıq balansı
- AR Əmək Məcəlləsinə
əsasən rəsmiləşdirmə
Maraqlanan
namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Marketinq üzrə mütəxəssis”
sözünü qeyd edərək hr@caspel.come-ünvanına göndərsinlər.