Ahead of Time

17.09.2025
İş elanları

Firewall və şəbəkə üzrə mütəxəssis

Tələblər

  • Azərbaycan Respublikası vətəndaşlığı;
  • Dil tələbləri: Azərbaycan dili – sərbəst, İngilis dili – upper-intermediate, Rus dili – arzuolunandır;
  • İT, telekommunikasiya və ya kibertəhlükəsizlik üzrə ali təhsil;
  • Şəbəkə və Firewall mühəndisi kimi ən azı 3 il iş təcrübəsi;
  • TCP/IP, VLAN, VPN, IPSec və marşrutlaşdırma üzrə biliklər;
  • Firewall sistemləri (Fortinet, Palo Alto, Cisco ASA, Check Point və s.) ilə təcrübə;
  • Sertifikatlar: CCNA/CCNP, Fortinet NSE, Palo Alto PCNSE kimi beynəlxalq sertifikatlar üstünlükdür.

Vəzifə öhdəlikləri

  • Şəbəkə infrastrukturunun layihələndirilməsi və dəstəklənməsi;
  • Şəbəkə avadanlıqlarının (marşrutlayıcı, kommutator, firewall) sazlanması və idarə olunması;
  • Şəbəkə seqmentasiyası və giriş siyasətlərinin tətbiqi;
  • VPN, IDS/IPS və firewall həllərinin qurulması və idarə olunması;
  • Şəbəkə anomaliyalarının monitorinqi;
  • Şəbəkə arxitekturası və dəyişikliklərin sənədləşdirilməsi;

Şəxsi keyfiyyətlər:

  • Cavabdehlik bacarığı
  • Səbrli
  • Məqsədyönlülük
  • Loyallıq və punktual olmalı
  • Yeni bilikləri sürətlə mənimsəmək və tətbiq etmək bacarığı
  • Beynəlxalq mühitdə tərəfdaşlarla işləmək üçün açıqlıq və çeviklik
  • Özünü inkişaf etdirməyə motivasiya

Əlavə məlumatlar:

  • Əmək haqqı: Razılaşma yolu ilə;
  • İş qrafiki: 5 günlük iş qrafiki.

Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Firewall və şəbəkə üzrə mütəxəssis” sözünü qeyd edərək hr@caspel.com e-ünvanına göndərsinlər.

 

İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI ÜZRƏ

Professional həllər üçün bizi seçin!

ƏLAQƏ