Tələblər:
- Azərbaycan, rus və ingilis dilləri
- Telekommunikasiya, İnformatika, Elektronika və ya əlaqəli sahədə bakalavr dərəcəsi.
- Şəbəkə Mühəndisi kimi 2+ il təsdiq edilmiş təcrübə.
- Şəbəkə protokolları (TCP/IP, DNS, DHCP, BGP, OSPF, EIGRP, MPLS) haqqında dərin və ətraflı bilik.
- Çoxvendor mühitində (Cisco, Juniper, Huawei) işləmək təcrübəsi.
- Firewall (Cisco ASA, Palo Alto, Fortinet) və VPN həllərinin konfiqurasiyası və idarəsi haqqında geniş təcrübə.
- Şəbəkə planlama və dizayn prinsiplərinə yaxşı bələdlik.
- Wireshark kimi analiz alətləri ilə paket səviyyəsində problemlərin həlli bacarığı.
- Mürəkkəb problemləri analiz etmək və həll yolları təklif etmək bacarığı.
- Əla yazılı və şifahi ünsiyyət bacarıqları.
- Peşəkar sertifikatlar (məsələn: CCNP, CCIE, JNCIP, JNCIE).
- SD-WAN, Software-Defined Networking (SDN) və ya bulud şəbəkə xidmətləri (AWS, Azure) haqqında bilik və təcrübə.
- Skriptləşdirmə və avtomatlaşdırma bacarıqları (Python, Ansible).
- Data Mərkəzi texnologiyaları haqqında bilik.
- Linux/Unix əsaslı sistemlərin idarə edilməsi təcrübəsi.
- Yeni beynəlxalq metodologiyaları öyrənməyə və tətbiq etməyə maraq və hazırlıq.
- Beynəlxalq sertifikasiya imtahanına hazırlaşmaq və uğurla keçmək öhdəliyi.
Vəzifə öhdəlikləri:
- Şirkətin mərkəzi və kənar ofislərinin şəbəkə infrastrukturunun dizaynı, planlanması və həyata keçirilməsi.
- Mürəkkəb şəbəkə konfiqurasiyalarının (BGP, OSPF, EIGRP) quraşdırılması və idarə edilməsi.
- Yüksək səviyyəli şəbəkə problemlərinin diaqnostikası və aradan qaldırılması.
- Şəbəkə tutumunun planlanması və miqyasının dəyişdirilməsi layihələrini həyata keçirmək.
- Şəbəkə təhlükəsizliyi siyasətinin (firewall, ACL, IDS/IPS) tərtibi və tətbiqi.
- Şəbəkə avadanlıqlarının (Cisco, Juniper, Huawei və s.) seçimi, konfiqurasiyası və yenilənməsi.
- VoIP, Video-konfrans və Data Mərkəzləri kimi xidmətlər üçün şəbəkə infrastrukturu təmin etmək.
- Şəbəkə performansının monitorinqi və hesabatların hazırlanması, davamlı optimallaşdırma tədbirlərinin həyata keçirilməsi.
- Şəbəkə sənədləşdirilməsinin (diaqramlar, topologiyalar, konfiqurasiya faylları) hazırlanması və saxlanması.
- İnkişaf etdirilmiş şəbəkə texnologiyaları (SD-WAN, Ağ Bulud, Avtomatlaşdırma) ilə bağlı tədqiqat və təkliflərin hazırlanması.
- Beynəlxalq tərəfdaşlarla iş: Beynəlxalq tərəfdaşlarla birgə layihələr zamanı tərəfdaş şirkətlərin tətbiq etdiyi layihə yanaşması və qiymətləndirmə proseslərinin yaxından izlənilməsi, istifadə olunan metodologiya, sənədləşdirmə tələbləri və hesabat mexanizmlərinin mənimsənilməsi.
- Peşəkar inkişaf: Peşəkar inkişaf çərçivəsində fərqli layihələrdəiştirak üçün beynəlxalq sertifikasiya imtahanlarına hazırlaşma və sertifikatların əldə etməsi.
Şəxsi keyfiyyətlər:
- Cavabdehlik bacarığı
- Səbrli
- Məqsədyönlülük
- Loyallıq və punktual olmalı
- Yeni bilikləri sürətlə mənimsəmək və tətbiq etmək bacarığı
- Beynəlxalq mühitdə tərəfdaşlarla işləmək üçün açıqlıq və çeviklik
- Özünü inkişaf etdirməyə motivasiya
Əlavə məlumatlar:
- Əmək haqqı: Razılaşma yolu ilə;
- İş qrafiki: 5 günlük iş qrafiki.
Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Şəbəkə mühəndisi” sözünü qeyd edərək hr@caspel.com e-ünvanına göndərsinlər.