Gələcək burada!

14.06.2024
İş elanları

Tenderlərin idarə edilməsi üzrə kiçik mütəxəssis

Vəzifəyə aid qoyulan tələblər:

• Təhsil: Ali;
• Yaş: 24-35;
• Satınalma və tender sahəsində 1 il iş təcrübəsi;
• Tender təkliflərinin hazırlanma qaydalarını bilməli;
• MS Office proqramlarını mükəmməl bilməli;
• ERP bilikləri olana üstünlük verilir;
• Azərbaycan və rus dilləri səlis, ingilis dili yaxşı;

Vəzifə öhdəlikləri:

• Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət növü ilə uyğun olan tenderlərin müəyyən edilməsi;
• Tender tələblərinin təhlil edilməsi və rəhbərliyə çatdırılması;
• Tələb olunan sənədlər toplusunun əldə olunması və operativ şəkildə hazırlanması;
• Tələb olunan sənədlərin və məlumatın müvafiq şöbələrdən tələb olunması, toplanması, son müraciət tarixinə qədər düzgün şəkildə təqdim edilməsi;
• Tender prosesində şirkətin təmsil olunması;


Şəxsi keyfiyyətlər:

- Düzgün şifahi nitq qabiliyyəti, ünsiyyət qurma bacarığı;
- Məsuliyyətli və təşəbbüskar olmalı;
- Diqqətli və punktual olmalı;
- Stresə davamlılıq və analitik fikirləşmə qabiliyyəti.
- Kollektivlə işləyə bilməli;
- Qətiyyətli və müstəqil qərar qəbul etmə bacarığına malik olmalı;
- Nəzakətli danışıq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq;
- Tapşırıqları operativ icra etmə qabiliyyəti;
- Loyallıq və punktuallıq;

Əlavə məlumatlar:

• Əmək haqqı: Razılaşma yolu ilə;
• İş qrafiki: 5 günlük iş qrafiki, 09:00 – 18:00                                                 
• Korporativ nömrə və danışıq balansı

• AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə

Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Tenderlərin idarə edilməsi üzrə kiçik mütəxəssis” sözünü qeyd edərək hr@caspel.com e-ünvanına göndərsinlər.

 

İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI ÜZRƏ

Professional həllər üçün bizi seçin!

ƏLAQƏ